İbrahimoviç: “Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə…”
Hazırda “Los-Anceles Qeleksi”də oynayan Zlatan İbrahimoviç növbəti dəfə Xosep Qvardiola barədə fikirlərini açıqlayıb.
“La Gazzetta dello Sport” müsahibəsində o deyib: “Mənim heç vaxt Qvardiola ilə münaqişəm olmayıb. Problemi o yaradırdı. Biz üz-üzə gələndə o gözləyirdi ki, mən keçib gedəcəyəm. Amma sonra özü paltardəyişmə otağından çıxırdı. O, məşqçi kimi fenomendir, insan kimi isə…”
İbrahimoviç 2009/10-cu ildə Qvardiolanın rəhbərliyi altında “Barselona”da çıxış edib. Sonralar o bir neçə dəfə bildirib ki, Pep onun imkanlarından doğru istifadə etməyib.(qol.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

