İcra başçısı özünə müavin təyin etdi
Gədəbəy rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Minval.info-nun Unikal.org-a istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin müvafiq əmri ilə Nağıyev Natiq Fərhad oğlu başçının birinci müavini vəzifəsinə gətirilib.
Sözügedən xəbəri Gədəbəy rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Natiq Nağıyev bundan öncə Alnabat kənd üzrə icra nümayəndəsi olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

