İcra hakimiyyəti iylənmiş qurban əti məsələsinə münasibət bildirdi:"Videodakı şəxslərdən heç biri..."

Xəbər verdiyimiz kimi,  Yevlax şəhər İcra Hakimiyyəti  bayram günündə əlil və şəhid ailələrinə qurban əti paylayıb. Lakin paylanılan ətlər iylənmiş çıxıb. Bundan başqa ətin rənginin qara olması da diqqətdən yayınmayıb.

Bu barədə sosial şəbəkədə video yayılıb. Şəhid ailəsindən olan qadın mövcud məsələni qabardaraq, xoşagəlməz mənzərədən danışıb və 3 qonşu ailəyə verilən ətin iylənmiş olduğunu iddia edib.

Məsələ ilə bağlı minval.info saytının əməkdaşı icra hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildiriblər ki, bu məsələ bir neçə gündür müzakirə edilir, amma şikayətçilər ortada yoxdur:

“Şəhid və Qarabağ əlillərinin ailələri Yevlaxda daim diqqət mərkəzində saxlanılır. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur. Yevlaxda qurban ətləri tam sanitar qaydalara uyğun olaraq kəsilib, hazırlanıb, qablaşdırılıb və paylanıb. Qablaşdırma zamanı Dövlət Baytarlıq İdarəsinin müvafiq soyuducusundan istifadə olunub.

Bu iddialar bir neçə gündür müzakirə edilir. Bizim əlimizdə faktlar, sübutlar var ki, biz bu işi tamamı ilə qanunlar çərçivəsində görmüşük, hər şey təmiz və qaydasına uyğun olub. Ola bilər ki, isti hava şəraitidir və ətlər salafan paketlərdə qablaşdırılıb. Bəlkə kimsə gec götürüb, ya evinə gec aparıb və bu hal olub. Hər bir halda vətəndaş müraciət etdiyi tədqirdə  məsələ dərhal araşdırılıb ona qurban payı verilməsi təşkil olunacaq və aidiyyəti şəxs mütləq cəzalandırılacaq. Amma hələ ki, videodakı şəxslərdən heç biri bizə müraciət etməyib. Gəlsinlər, şikayətlərini bizə bildirsinlər. Çünki icra başçısı bu məsələ ortaya çıxan kimi tapşırıq verdi ki, dərhal 3 qoyun kəsilsin və kimdə oxşar hadisə yaşanıbsa onların qurban payı mütləq ünvanına çatdırılsın. Hazırda bu məsələni özümüz də araşdırırıq.

Bu bayram payıdır. Heç bir qurum  yaxşılıq etmək niyyətində olduğu halda özünü mənfi şəkildə gündəmə gətirmək istəməz. Burada açıq aşkar məkirli mövqe var. Belə olmasa video çəkib şikayət edən şəx bir özünü təqdim edər. Bizə müraciət də etməyiblər. Əgər müraciətə cavab verilməsəydi o zaman yayardılar. Yoxsa belə anonim video həqiqəti əks etdirmir. Yevlaxda 1600 dən çox ailəyə, o cümlədən 3 hərbi hissəyə qurban payı göndərilib, heç bir narazılıq da yoxdur”.

Minval.İnfo

Gündəm

Nəşr edilib: 2018/08/25 12:39

Baxış: 937


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06