İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi açıqlanıb – TOP-10
“Deutsche Bank”ın mütəxəssisləri dünyada ən ucuz ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya Argentinanın paytaxtı Buenos-Ayres şəhəri başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək 15,3 ABŞ dollarına başa gəlir. Şəhərin ən inkişaf etmiş ictimai nəqliyyat növü kolektivodur – 135 marşrutdan ibarət şəhər avtobusu. Kolektivo nəinki şəhərin müxtəlif yerlərinə, həmçinin Buenos-Ayresin qonşu əyalətinə də getməyə imkan verir.
Bundan başqa, şəhər metrosu da aktiv şəkildə inkişaf etdirilir. Hazırda Buenos-Ayresdə 6 metro xətti istifadəyə verilib ki, onlardan ən uzunu 11,8 km-ə bərabərdir.
İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi:


