İdmançılarımız federasiya rəhbərini belə boykot etdi – Video
Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib.
Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər.
Bu barədə məlumat yayan “Qafqazinfo” istefanın hansı səbəbdən tələb etməsi barədə informasiya verməyib.
Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər basketbolçularun aksiyaya dvam edəcəyi bildirilir.
Məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb.
Nəsib Nəsibov problemləri həll etmək üçün idmançılarla razılıq əldə etməyə çalışır. İclas hazırda davam edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

