İdmançılarımıza fəxri adlar verildi – Foto
Gənclər və İdman Nazirliyində 5 mart “Bədən tərbiyəsi və İdman günü” ilə bağlı idman xadimlərinə fəxri adlar verilib.
Minval.info xəbər verir ki, qurumun konfrans zalında keçirilən mərasimdə idmaçılar, məşqçilər, hakimlər təltif olunub.
1. 20 nəfər idman mütəxəssisinə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi;
2. 40 nəfər məşqçi-müəllimlərə müxtəlif idman növləri üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi;
3. 4 nəfərə Respublika dərəcəli hakim;
4. 5 idmançıya isə Azərbaycan Respublikasının Əməkdar idman ustası fəxri adları verilib.
Təltif edilənlər sırasında İlham Zəkiyev, Anar Salmanov, Fərid Mansurov və bir çox məşhur simaların adları var.
Ağa Dadaşzadə
XƏBƏR LENTİ
2025/11/19 14:22


