“Ihlamurlar altında”nın aktrisasının kədərli günü – Foto

“Ihlamurlar altında” serialı ilə daha da məşhurlaşan aktrisa Billur Kalkavana ağır itki üz verib.
Minval.info xəbər verir ki, aktrisanın anası Nuyan Kalkavan 91 yaşında dünyasını dəyişib. Bu barədə Billur sosial media hesabında yazıb.
“Mənə və qardaşım Rzaya həyat bəxş edən gözəl anam bu səhər atamın yanına getdi. Düz 91 il gözəl həyatı, çoxlu dostları və gözəl xatirələri oldu. Mənim üçün dünyanın ən yaxşı anası idi. Bu yaşıma qədər səninlə ola bildiyim üçün xoşbəxtəm. Sənin qızın olduğum üçün dünyanın ən xoşbəxt insanıyam. Atama və bütün dostlara “Salam” de, gözəl anam. Onsuz da bir gün görüşəcəyik” – deyə, Billur qeyd edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

