II QOLAT CUP Mini Futbol Turniri başlayır
Həvəskarlar arasında növbəti möhtəşəm mini futbol turnirinin qeydiyyatına rəsmi olaraq start verdik.
Qısa olaraq qeyd edək ki, hər il olduğu kimi bu il də QOLAT CUP mini futbol turnirində 32 komandanın iştirakı nəzərdə tutulub. Hər qrupda 4 komanda olmaqla toplamda, 8 qrup olacaq və qrupda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Oyunlar yalnız bazar günləri səhər saatlarında keçiriləcəkdir.
Əsas məqsədimiz həvəskarlar arasında futbolu sevdirmək və yüksək təşkilatçılıqla, iştirak edən komandaların vaxtlarını daha səmərəli və sağlam keçirmələrini təmin etməkdir. Digər vacib məqam isə futbol oynamaqla yanaşı iştirak edən komandalar və fərdlər arasında yeni dostluqlar və əməkdaşlıqların qurulmasına dəstək verməkdir.
Hər zaman olduğu kimi , bu dəfə də turnirin maraqlı olması üçün QOLAT Sport Services olaraq, oyunlar zamanı foto və video çəkilişlər, video müsahibələrin alınması, həftənin ən yaxşı qolu , ən yaxşı oyunçusu kimi maraqlı məqamları da reallaşdıracağıq. Onu da qeyd edək ki, bizim təşkil etdiymiz turnirdə, 3 qalib komanda olur, 1-2-3-cü yerləri tutmuş komandalara pul mükafatları eləcə də, kubok, medal , diplom kimi digər hədiyyələr də təqdim edilir. Çempionatın ən yaxşı qapıçısı , ən çox qol vuran oyunçusu kimi fərqlənən digər iştirakçılara da xüsusi hədiyyələr təqdim ediləcəkdir.
Bu il bir neçə yeniliklər edərək, daha da maraqlı bir turnir olacağına inanırıq, çempionatın açılış mərasiminə komanda kapitanları, media əməkdaşları və futbol mütəxəsisləri dəvət ediləcəkdir. Açılış mərasimində ümumi qaydalar və sponsorların təqdimatıyla yanaşı, qrupların püşk atması da keçiriləcəkdir.
Çempionatın başlama tarixi : 20/05/2018
Son qeydiyyat tarixi: 15/05/2018
Açılış mərasimi: 16/05/2018
Saytımızdan komandanızı qeydiyyatdan keçirmədən öncə turnirin əsas reqlamentiylə tanış olmağınızda fayda var.
Turnirin ümumi reqlamentiylə tanış olmaq üçün bu linkdən keçid edə bilərsiniz: https://www.qolat.com/news/read/208
Keçən il açılış mərasimi videosu:



