“İki bacı birləşib, keflərini çəkirdilər”- ərini ürəyindən vuran Vüsalənin işi

Xaçmazda həyat yoldaşını öldürən Vüsalənin məhkəməsi keçirilib.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Narxanım Osmanova ifadə verib.

Şahid ifadəsində bildirib ki, gəlini həm də qohumudur:

“Əmimin qızının qızıdır. Vüsalə bizim evə gəlin gündən bəri oğlumu saymırdı. Öz istədiyini edirdi. İstədiyi vaxt rayondan Bakıya gedir, istədiyi qədər qalır, kefi istəyəndə də qayıdırdı. Mən bu yaşımda ona qulluq etmişəm”.

N.Osmanova ifadəsində deyib ki, digər gəlini Vüsalənin bacısı imiş: “Bunun bacısı da o biri oğlumun arvadıdır. İki bacı birləşirdilər və keflərini çəkirdilər. Oğullarım bunların qabağında heç kimiydilər. Sonra bunun bacısı ilə oğlum da boşandı”.

Hadisə günündən danışan Narxanın Osmanova qeyd edib ki, səs-küyə həyətə çıxanda görüb ki, Vüsalə bir əlində bıçaq bir əlində telefon oynadır: “Dedim, bıçağı qoy yerə, amma saymırdı. Qaçdım ki, qonşuları çağıram. Mən gələndə gördüm ki, oğlum al qanın içində yerdə uzanıb”.

İttihama görə, Vüsalə Mirzəyeva ilə qeyri-rəsmi ər-arvad münasitində yaşadığı Maarif Osmanov arasında qısqanclıq zəminində dəfələrlə mübahisə olub. Sonuncu dəfə Maarif Osmanov ondan mobil telefonunu alıb. Buna görə də aralarında yenidən mübahisə başlayıb. İttihama görə, Vüsalə mətbəx bıçağını götürərək onun arxasınca qaçıb və həyətdə onun ürək nahiyəsindən bir zərbə vurub. Osmanov aldığı xəsarətdən hadisə yerində keçinib.

Vüsalə Mirzəyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, deyib ki, Maarif Osmanovu öldürmək niyyəti olmayıb. Vüsalə daha sonra sərbəst ifadə verib:

“Qayınanam evə gəldi. Yenə söz-söhbət başladı. Biz 13 il idi ki, evli idik. Uşağımız olmurdu, mən müalicə də alırdım. Həmin gün mən qayınanamla mübahisə elədim. Əsəbiləşib mətbəxdən bıçaq götürdüm. Çünki artıq bezmişdim. Özümə qəsd etmək istəyirdim. Sonra Maarif araya keçdi. Bıçaq əlimdə olanda itələşməyə başladıq. Bu zaman bıçaq ona dəydi. İttihamda düz yazılmayıb, mən onun arxasınca qaçmamışam, bilərəkdən vurmamışam”.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Vüsalə Mirzəyeva həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı Vüsalə mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.

V.Mirzəyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Kriminal

Nəşr edilib: 2019/04/06 11:28

Baxış: 563


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06