İki böyük avtomobil şirkəti birləşə bilər
İtaliya-Abş müştərək avtomobil şirkəti Fiat-Chrysler (FCA) tərəfindən Fransanın avtomobil brendi Renault şirkətinə edilən təklif sayəsində iki şirkət də elektrikli və sürücüsüz avtomobillər istehsal etməyə daha rahat keçə biləcəklər.
Minval.info banco.az-a istinadən bildirir ki, bu iki şirkətin birləşməsinin üstünlükləri olsa da, bir problem də mövcuddur. Belə ki, Renault Yaponiyanın avtomobil brendləri Nissan və Mitsubishi şirkətlərinə bağlıdır və Fiat-Chrysler şirkətinin 35 milyard dollar dəyərindəki birləşmə təklifi bu iki markaya aid edilmir.
Fiat-Chrysler – in yarı-yarıya birləşmə təklifi ilə yaranacaq ortaqlıq dünyanın ən böyük üçüncü avtomobil istehsalçısını meydana gətirə bilər. Renault və Nissan arasında sabiq prezident Carlos Ghosn – un həbsi və işindən azad edilməsi ilə bağlı hazırda münasibətlər gərgindir. Nissan şirkəti Renault tərəfindən tələb edilən tam birləşmə istəyini bir müddətdir ki, qəbul etmirdi və bu da FCA – nın hərəkətə keçməsinə şərait yaratdı.
Fiat-Chrysler şirkətindən Nissan – a da açıq qapı
FCA – nın Renault ilə qurulacaq mümkün ortaqlığa Nissan və Mitsubishi şirkətlərinin də daha sonra daxil ola biləcəyi və 43%-lik səhmi Renault şirkətinə məxsus olan Nissan – a yeni şirkətdə bir yer təklif etdiyi söylənilir. Bununla da yeni yaranacaq ortaqlıq dünyanın ən böyük avtomobil istehsalçısını meydana gətirəcək, ancaq bundan əvvəl Nissan və Reanult şirkətləri arasındakı gərginliklər sona çatmalıdır.

