İki maşın toqquşub, xəsarət alanlar var
Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

