İki qardaş amansız cinayət törədi: Biri tutuldu, digəri qaçdı – CƏLİLABADDA
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə dünən axşam saatlarında Privolniye kəndində qeydə alınıb.
Kənd sakini Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Report xəbər verir ki, hadisəni törədən qardaşlardan biri – Elvin Şahmarov saxlanılıb. Digər şəxs – Elgün Şahmarov isə qaçaraq, istintaqdan yayınıb.
Faktla bağlı istintaq araşdırması davam edir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

