İki qardaş qəzaya düşdü: Biri öldü, digəri yaralandı

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.
Minval.İnfo Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı maşının aşması nəticəsində qardaşlardan biri – 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu ölüb, 1965-ci il təvəllüdlü Abdullayev Elnur Sultan oğlu isə yaralanıb.
Onların hər ikisi rayonun Balıqçılar kəndinin sakinləridirlər.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

