İki rayonda evlər yanıb kül oldu

Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Balakən rayonunun Katex kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Füzuli rayonunun Bala Bəhmənli kəndində isə ümumi sahəsi 340 m² olan birmərtəbəli 4 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları və ev əşyaları 298 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

