İki xəstəxananın baş həkimi dəyişdi
Gəncə şəhərinin 1 və 3 nömrəli xəstəxanalarının baş həkimləri dəyişib.
Report xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib. O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.
Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

