İki yük qatarının toqquşması nəticəsində 7 nəfər yaralanıb
Şənbə günü Meksikanın Verakrus ştatında iki yük qatarının toqquşması nəticəsində azı 7 nəfər xəsarət alıb.
Minval.info saytı “Report”a istinadən xəbər verir ki, qatarlardan birini qarət etmək istəyən cani onun əyləc sistemini sıradan çıxarıb və bu da nəticədə qəzaya səbəb olub.
Ölkənin Nəqliyyat Nazirliyi hadisənin araşdırılması üçün komissiya yaradıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

