“İkiqat mühasirədəyik, Çinlə strateji əməkdaşlığı genişləndiririk” – Lavrov
“ABŞ Pekin və Moskvanı ikiqat mühasirəyə aldığı üçün ölkələr strateji əməkdaşlığı genişləndirəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə bildirib.
“Biz praktiki qarşılıqlı fəaliyyətin həcmini artırmağa və əhatə dairəsini genişləndirməyə davam edirik”, – Lavrov deyib.
NATO-nun iyunun sonunda Madriddə keçirilən sammitində alyansın yeni konsepsiyası qəbul edildi. Sənəddə Rusiya birbaşa təhdid, Çin isə gizli təhlükə kimi göstərilib.
Rəsmi olaraq Çin Rusiyaya qarşı sanksiyaları dəstəkləmir, lakin ticari-iqtisadi əlaqələrin bir hissəsini azaldır. Peterson Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasına görə, fevralın sonundan mayın sonuna qədər Çinin Rusiyaya ixracının həcmi 2021-ci ilin ikinci yarısı ilə müqayisədə 38 faiz azalıb.

