İlham Əliyev məşhur idmançının oğlunu yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Fərid Şəfiyev idman xadimi, Azərbaycanda sambo və cudonun banilərindən biri olan Rauf Şəfiyevin oğludu. Rauf Şəfiyev 1937-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitunda təhsil alaraq, mühəndis kimi müxtəlif idarə, təşkilat, istehsalat və elmi-tədris mərkəzlərində işləsəd də, idmanla məşqul olub. Sambo və cudo kimi güləşmə növlərinin Azərbaycanda yaradılması və inkişafında böyük xidmətləri olub. 50-60-cı illərdə sambo üzrə keçirilən müxtəlif turnirlərdə respublika və SSRİ birinciliklərində daim fəxri kürsünün yüksək pilləsində dayanıb, medal və diplomlara layiq görülüb.

Onun idmanda əldə etdiyi ən böyük uğurlar isə məşqçilik və hakimlik fəaliyyəti ilə bağlı olub. Məşqçilik fəaliyyətini 1959-cu ildə Bakı Dənizlçilik məktəbində başlayan Rauf Şəfiyev sonrada “Vodnik”, Məsğul” və “Dinamo” idman cəmiyyətlərində fəaliyyət göstərib. Azərbaycanda cudo üzrə ilk idman ustası Sahib İsmayılov və ümumittifaq turnirin ilk azərbaycanlı qalibi Ələkbər İsmayilov məhz Rauf Şəfiyevin yetirmələridi.

Sambo üzrə respublikanın tanınmış xadimi Firdovsi Tağıyev Rauf Şəfiyevin yetişdirdiyi ilk idman ustası olub. Bundan başqa digər taninmış sambo və cudo ustalari və məşdçiləri – Əli Davrişev, Zaur Məmmədov, Sergey Seleznyov, Maaarif Həsənov və digərləri R.Şəfiyevin şagirdləri olub. Rauf Şəfiyev 1965-1973-cü illərdə sambo üzrə Azərbaycan yığma komandasının məşqçisi olub.

Məşqçilik fəaliyyəti ilə yanaşı Rauf Şəfiyev respublika və SSRİ-nin umumitiffaq turnirlərində, çempionatlarda hakimlik edib. Respublika və Beynəlxalq dərəcəli hakim olan Rauf Şəfiyev 1991-ci ildə Azərbaycan Əməkdar məşqçisi, 1992-ci ildə Rusiya Federasiyanın Əməkdar məşqçisi fəxri adlarına layiq görülüb. 1993-cu ilin may ayında Beynəlxalq Sambo Məşqçiləri İttifaqına üzv qəbul olub.

2000-ci ildən etibarən Azərbaycanın “Dinamo” idman cəmiyyəti nəzdində yeniyetmələr arasında R.Şəfiyevin xatirəsinə həsr olunmuş cudo turniri keçirilir.

Qeyd edək ki, Fərid Şəfiyev bu təyinatadək Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

Fanat.az

RƏSMİ

Nəşr edilib: 2019/02/19 15:19

Baxış: 1001


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06