MINVAL.INFO
Minval.az_turkish
Menu
  • ✕
  • Ölkə
  • İqtisadiyyat
  • Dünya
  • Region
  • Reportaj
  • Hadisə
  • Şou Biznes
  • Maraqlı
  • İdman
  • Müsahibə
  • Minval.az_facebook Minval.az_twitter Minval.az_vkontakte Minval.az_youtube Minval.az_google-plus Minval.az_rss-feed

İlham Əliyev şəhid ailələri ilə görüşüb

“Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”.

Minval.info Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdə bildirib.

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”, – deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb. Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, – deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.

Həmçinin bax: Şəhid ailələri ilə görüşdən fotolar

Ölkə

Nəşr edilib: 2019/01/28 15:02

Baxış: 202


XƏBƏR LENTİ

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

2026/05/01 12:49

“Azərlotereya” çempion axtarır!

2026/04/14 12:14

Yaşardan kliplə təqdimat – Video

2026/04/11 23:19

Dilarə və Fəriddən yeni duet: “Sevəcəm”

2026/04/03 14:39

Murad Arif və Orxan Zeynallıdan “Üzr” – VİDEO

2026/04/03 11:51

Miri Yusifdən kino kimi klip – Real hadisələri canlandırdı

2026/03/13 12:36

Renka “Cənnətdən qovulmuş mələk” oldu – FOTOLAR

2026/03/12 17:37

“Elə bilirdim biabır olmuşam” – Elşən hansı məşhurdan borc istədi?

2026/03/06 11:53

11 il sonra film üçün görüşdülər

2026/03/02 11:43

Nigar Şabanova ilə Vasif Əzimov diqqət mərkəzində

2026/02/13 14:35

“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb

2026/02/06 14:54

“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər

2026/02/05 11:06

Murad Arif və Brilliant Dadaşovadan “Cin Atı” – Video

2026/01/19 14:05

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

2026/01/14 12:10

Xpert-in yeni albomu sosial şəbəkədə viral oldu

2026/01/05 12:30

Miri Yusif Laçında konsert verdi

2026/01/03 12:18

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

2025/12/23 11:58

Trendyol və Azərlotereya əməkdaşlığa başladı – “1001 Sevinc” artıq ‘’Trendyol’’da

2025/12/08 16:19

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

2025/12/03 21:31

Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı

2025/12/02 12:53

“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb

2025/11/21 16:26

Meyxananın “Çempionlar liqası” başlayır

2025/11/20 14:56

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT – FOTO

2025/11/19 17:35

Ukraynada korrupsiya qalmaqalı böyüyür – Umerov parlamentə çağırıldı

2025/11/19 17:17

Natiq Zərbalı: “Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi”

2025/11/19 16:38

Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək

2025/11/19 15:17

Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? – RƏSMİ

2025/11/19 15:12

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı - RƏSMİ

2025/11/19 15:05

Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ- ŞOK İDDİA

2025/11/19 14:59

“Qalatasaray”dan Osimhenin zədəsi barədə AÇIQLAMA

2025/11/19 14:44

Sabah 22 dərəcə isti olacaq

2025/11/19 14:33

Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər- ŞOK TƏFƏRRÜAT

2025/11/19 14:22

“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinə CİNAYƏT İŞİ AÇILDI

2025/11/19 14:11

Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ

2025/11/19 14:00

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

2025/11/19 13:45

DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

2025/11/19 13:42

Azərbaycandakı ilk kazino necə olacaq: Emin Ağalarov göstərə-göstərə danışdı

2025/11/19 13:39

AYNA Sumqayıtdan “Koroğlu”ya yeni marşrut xətti açır - AÇIQLAMA

2025/11/19 12:32

“Mehdiyev qapıma gəldi, istədiyini vermədim, düşmən olduq”

2025/11/19 12:30

Mədəniyyət Nazirliyinə ağır ittihamlar: Araşdırma başladı – Nə baş verir? – VİDEO

2025/11/19 12:28

Metroda intervalla bağlı əhaliyə ŞAD XƏBƏR

2025/11/19 12:21

“Dirilən Adam” serialı – Tezliklə AZTV-də (VİDEO)

2025/11/19 12:16

BDYPİ yorğun və yuxusuz sürücülərə MÜRACİƏT ETDİ

2025/11/19 12:08

Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir

2025/11/19 12:03

Renka Maldivlərdə belə dincəlir

2025/11/19 12:02

Bu ölkə “Lukoyl”un aktivlərini ALIR

2025/11/19 11:52

Azərbaycanda 1 həftə iş olmayacaq

2025/11/19 11:48

Roza Cəlilova 97 yaşında vəfat etdi

2025/11/19 11:03

Qış aylarında xəstələnməmək üçün BUNLARI EDİN

2025/11/19 10:25

Gələn il pensiyalar nə qədər artırıla bilər?

2025/11/19 10:06

  • Axtar

  • Arxiv

Copyright © 2026 MINVAL.INFO. Bütün hüquqlar qorunur.
Tam versiya
Разработка и поддержка сайта