İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü
İlk dərs günü məktəbli yol qəzasında ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının mərkəzi küçələrininin birində baş verib. İlkin məlumatlara görə minik avtomobili yolu keçmək istəyən 3-cü sinif şagirdi 9 yaşlı Yusif Nuriyevi vurub.
Hadisə şahidlərinin sözlərinə görə azyaşlı qəza yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

