“İmkansız ailələrin uşaqlarına 6 yaşına qədər uşaq pulu verilməlidir”
Deputat Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.
Minval.info xəbər verir ki, o, çıxışında bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunduğunu bildirib. Deputat bunu iqtisadçıların hesablamalarını əsasən qeyd edib:
“Bu uşağın problemi deyil ki, valideyni ona aliment ödəmir. Bu həllini tapmalıdır. Həmçinin təklif edirəm ki, 6 yaşına qədər uşaqlara uşaq pulu verilsin. Hazırda uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. 6 yaşına qədər uşaq pulunun verilməsi üçün büdcədən 120 milyon manat vəsait ayırmaq lazımdır. Ola bilər ki, imkanlı ailələrin uşaqlarına bu pul verilməsin. Amma yerdə qalan imkansız ailələrin 6 yaşına qədər uşaqlarına uşaq pulu verilməlidir. Həm də elə mexanizm olmalıdır ki, valideynlər tərəfindən pul mənimsənilməsin”.

