“İndiyədək onlardan pislik görməmişəm” – İşlədiyi evdən oğurluq edən şəxs – VİDEO

Kürdəmir rayonunda evdən 3000 manatlıq məişət avadanlıqları oğurlanıb.

Minval.info xəbər verir ki, 1974-cü il təvəllüdlü Elçin Saday oğlu Səlimov Kürdəmir rayonu, Ə.Abdullayev küçəsi, ev 31 ünvanındakı evin mətbəxindən və yataq otağından 3 000 manat dəyərində məişət avadanlıqlarının naməlum şəxs və ya şəxslərin oğurlaması ilə bağlı rayon polis şöbəsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Xırdapay kənd sakini, 1982-ci il təvəllüdlü Qabil Kamal oğlu Süleymanovun noyabrın 18-də Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 31 ünvanında yerləşən evə daxil olaraq 1 ədəd “Samsung” markalı soyuducunu, 1 ədəd “Samsung” markalı paltaryuyanı və 1 ədəd “Rotex” markalı televizoru oğurladığı müəyyən edilib.

Həmin şəxs saxlanlıb, oğurladığı əşyalar isə maddi sübut qismində istintaqa təqdim edilib. O, törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirib.

Qabil Süleymanov – Saxlanılan şəxs: “Qapı açıq idi, girdim evə. Soyuducu, televizor, paltaryuyanı götürüb düşdüm aşağı. Qonşulardan da iki nəfər kömək etdi mənə əşyaları maşına qoyduq. Onlara bunların özümün olduğunu dedim. Çox peşmanam. 5, 6 ildir o həyətdə işləyirəm. İndiyədək onlardan pislik görməmişəm. Hamısından üzr istəyirəm”.

Özləri də bilmədən Qabil Süleymanova köməklik etməkdə şübhəli bilinən, sürücü- Novruz Baxşıyev və Habil Hüseynov da rayon polis şöbəsinə dəvət ediliblər.

Faktla bağlı Kürdəmir rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Kriminal

Nəşr edilib: 2018/11/27 12:27

Baxış: 318


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06