İngiltərədə Milad yarmarkasının yanında avtomobil partlayıb – Video

İngiltərədə Milad yarmarkasının yanında avtomobil partlayıb.
Musavat.com-un məlumatına görə, bu barədə Daily Star saytında xəbər yer alıb. Məlumata görə, hadisə Pinner şəhərində baş verib. Maşın partlayıb və daha sonra yanmağa başlayıb. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən cəlb olunub, yaxınlıqdakı yollar tamamən bağlanıb.
Hadisənin videosu da sayta yerləşdirilib. Videoda yol ortasında dayanan yük maşınının hələ də tüstüləndiyi görünür. Partlayış sakinlər arasında böyük təşviş yaradıb. Yaralıların olub-olmadığı barədə məlumat verilməyib.
London yanğınsöndürmə idarəsi hadisəni təsdiqləyib. Onlar hadisə yerinə 1 yanğınsöndürən maşın, 5 xilasedici göndərildiyini açıqlayıblar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

