İnsan neçə il yaşaya bilər?-Yeni araşdırma hər kəsi təəccübləndirib

Elm adamları insanın maksimum ömrünü təyin etmək üçün maraqlı bir araşdırma aparıblar.
Minval.info xəbər verir ki, Nnəticələr Public Health information” jurnalında dərc olunub.
Mütəxəssislər, 85 yaşdan kiçik 70 mindən çox könüllünün qanını analiz ediblər. Qan hüceyrələrində qısamüddətli dəyişiklikləri təyin edən mütəxəssislər bunları “dinamik orqanizmlərin vəziyyətinin göstəricisi” adlandırdıqları bir göstəriciyə endiriblər.
Sonra xüsusi bir model yaradaraq insanın maksimum yaşının 150 olduğunu göstəriblər. Elm adamları eyni zamanda, genetik anomaliyaları və müxtəlif xəstəlikləri olan insanların belə bu yaşa qədər yaşaya biləcəyini bildiriblər.
Dünya üzrə araşırmalara görə, hazırda insanlar orta hesabla 80 yaşa qədər yaşayırlar. Rekordçu 122 yaşında olan fransalı Jeanne Kalmandır.

