Üzeyir Mehdizadə insanları necə ovsunlayır?! – Zövqsüz mahnıların KRALI

O, səhnələri fəth edib, özünə xeyli tamaşaçı kütləsi yığıb, qızlar onun üçün ölür, qaqalar sino gedir.

Necə etdiyindən asılı olmayaraq o, bunu bacarıb. Türkiyənin Samanyolu telekanalındakı “Sırlar dünyası” kimi… Qardaş ölkəni zikr etmişkən, bu yaxınlarda Türkiyədə də izdihamla qarşılandı Üzeyir Mehdizadə.

Bəli, söhbət o böyük “sənətkardan” gedir. Bir vaxtlar yalnız və yalnız “avtoş” “07”lərdən gələn o səs… Sonradan dahi “sənətkar” mərhələli şəkildə ucalmağa başladı. Yüngül, sıradan tənqidlərin ardınca efirlərdə göründü. Xalq artisti Aygün Kazımova, çox sevilən rəhmətlik reper Hüseyn Dərya ilə duet oxudu.

Baxmayaraq ki, Üzeyir “Səhər səhər” verilişinin buraxılışlarından birində hansı janrda ifa etdiyini deyə bilməmişdi. Özü də müğənni Əli Mirəliyev kimi gecə-gündüz hərəkətlərinin yerini bilməyən adam onu “nokaut”a saldı.

Oxşar mahnıları ilə insanları ovsunlamağı bacaran Üzeyir sanki hamını cadu edib. İfaçı cadunun barıtını necə artıq edibsə ölkədən kənarda da onu görənlər “Üzeyir, Üzeyiiiiir” deməmiş rahatlıq tapmır. Amma bir vaxtlar insanlar zarafatla deyir ki, Mehdizadəyə artıq hansısa məmur tərəfindən oxumağa qadağa qoyulub. Ona görə ki, həmin arada sürətlə oxşar yeni musiqilər bəstələyirdi.

Yəqin ki, “Ətriyyatçı: Bir qatilin tarixçəsi” filminə baxmısınız. Bəlkə də, Üzeyir bu yerə ucalmaq üçün filmin baş qəhramanından ilham alıb. Xəbərsiz olanlara kiçik səhnəsindən xatırlatma verək. Deməli, filmin qəhrəmanına ölüm hökmü oxunur, o isə hazırladığı ətir vasitəsilə hamının ağlını başından alır, nəticədə hamı həqiqətən havalanır və ətriyyatçını az qala tanrı elan edirlər.

Əslində, Üzeyirin belə bir filmə baxmağı da şübhəlidir. Çünki o hara, əsər əsasında çəkilən ekran işi hara…

Nə edək ki, “sehirbaz Üzeyir lənəti” insanların üzərindən götürülsün?! Onu dinləyənlərin özü gərək əllərindən gələni əsirgəməsinlər. Bu cür mahnılara qulaq asmamağı özlərinə təlqin etsinlər.

Kimsə demir ki, Şopen, Bethoven, Motsartın musiqilərindən başqasına qulaq asmaq olmaz. “Hamı məhz bunları dinləməlidir” kimi iddiamız da yoxdur. Amma Üzeyir Mehdizadəni göylərə qaldırmaq nə dərəcədə düzgündür, axı?!

Primitiv misal çəkək, bəstələdiyi musiqilərdən biri “mənə gəl, mən gəl, sənə gəl, sənə gəl” sözlərindən ibarətdir, xüsusilə nəqarət hissəsi… Demək olar ki, əksər mahnıları da tamamilə oxşardır. “Sənə gəl” – bu sözü kim başa düşür? İnsan özü-özünə necə gələ bilər? Hə, ola bilsin, Üzeyirin mahnısında bəhs etdiyi qızın ürəyi gedib, bu da ona deyir ki, “özünə gəl”.

Bu üzdən sizə və özümə Üzeyirə qulaq asmamağı məsləhət görürəm… Bəlkə günün birində normal tərzdə ifa edərsə, o zaman əksini tövsiyyə edərəm.

Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz müğənni indiyədək qalmaqalla gündəmə gəlməyib. Efirdə bəzi sənətçilər kimi davranış və rəftarları ilə ikrah doğurmayıb.

Minval.info

 

Maqazin, Rubrikasız

Nəşr edilib: 2018/04/25 15:14

Baxış: 1365


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06