İnsanlığın bitdiyi yer: Şərqi Quta
Şərqi Quta haradadır və kimlər yaşayır?
Suriyanın paytaxtı Şam şəhərinin mərkəzinin 10 kilometr şərqində yerləşir. Yarısı uşaq olmaqla, təqribən 400 min sivil yaşayır.
Kimlər ölür?
Rejim və bəzən rus təyyarələrinin hücumu nəticəsində son 3 ayda 700-dən, 3 gündə 200-dən çox sivil can verib. 3 ay ərzində təxminən 285 uşaq həyatından məhrum edilib.
Xalq necə yaşayır?
Xalq 5 ilə yaxındır mühasirə halında yaşayır. Təxminən 1 ildir ki, artıq bölgəyə kifayət qədər qida və tibbi ləvazimat keçirməyə əngəllər qoyulub. Uşaqlar, qocalar, xəstələr yaxşı qidalana bilmədikləri üçün can verirlər.
Xalq hansı silahlarla öldürülür?
Əsəd rejimi öz xalqını kimyəvi silah, vakkum, havalandırıcı bombalar, xlor qazı və digər təhlükəli silahlarla öldürür.
Əsəd rejiminin bu hücumlara açıqlaması nədir?
Rejim “terrorizmlə mübarizə” bəhanəsinin arxasına sığınırlar.
Əsəd üçün Şərqi Quta niyə vacibdir?
Əsədin sarayı bölgəyə bomba səslərini eşidəcək, dumanı görəcək qədər yaxındır. Buna görə də bu bölgədə dirənişi bitirmək istəyir.
BMT nə edir?
BMT əslində heç nə etmir. Sadəcə İŞİD qüvvələrinin təmizlənməsi adı ilə öz güclərini burada göstərirlər. Bir növ Suriya böyük güclərin poliqonuna çevrilib.
Suriyada Əsəd rejimi aylardır mühasirədə tutduğu Şərqi Qutada son 3 gündə həyata keçirdiyi hücumlarda yüzlərlə insanın itkisi ilə yanaşı, Saqba və Hamuriyyə xəstəxanasını hədəf obyektinə çevirmələri vicdansızlığın sərhədlərini bir daha gözlər önünə gətirir.
Xəstəxanalar hədəf alındığına görə, həkimlər xəstələrə vaxtında müdaxilə edə bilmirlər, tibbi ləvazimat vaxtında çatdırıla bilmir. Xəstəxanalarda dərman tapılmadığına görə, həkimlər məcbur qalıb vaxtı keçmiş dərmanlardan istifadə edirlər.
Məleykə Ağasoy
Minval.info
















