“Instagram”dan istifadəçiləri narazı salan yenilik- FOTO
“Instagram” bəzi istifadəçilərdən şəxsiyyətlərini təsdiqləmək üçün video selfi çəkməyi tələb etməyə başlayıb. Prosesin skrinşotları sosial media üzrə britaniyalı mütəxəssis Mett Navarra tərəfindən “Twitter”də paylaşılıb.
Şirkətdən bildirilib ki, onlar real insanları botlardan ayıraraq istifadəçilərin kimliyini yoxlayırlar. Bundan başqa video selfilərə canlı moderatorlar tərəfindən baxılacağı və faylların bir aydan çox saxlanılmayacağına əmin edilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

