İran koronavirusa görə Rusiyadan kömək istədi
Rəsmi Tehran koronavirusla mübarizədə Moskvadan kömək istəyib.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib.
“Biz bütün ölkələrdən, o cümlədən tərəfdaşlarımızdan gələn humanitar yardımları qiymətləndiririk”,- deyə səfir qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni tip koronavirusun yayılmasına qarşı çıxmaq üçün Rusiyanın İrana yardım göstərməyə hazır olduğunu bildirmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

