İran ordusunun baş qərargah rəisi: “Hücum variantını istisna etmirik”
“İran öz milli maraqlarına təhlükə törədildiyi təqdirdə hücum strategiyasını gerçəkləşdirməyə hazırdır”.
Musavat.com xəbər verir ki, bu bəyanat İran ordusunun baş qərargah rəisi Məhəmməd Bagerinin dilindən səsləndirilib.
“Bizim digər ölkələrin ərazilərinə iddiamız yoxdur, lakin öz mənafelərimizin müdafiəsi üçün hücum variantını da istisna etmirik”,- deyə “Təsnim” agentliyi iranlı generalın sözlərini çatdırıb.
İran hərbçisinin sözlərinə görə, onun ölkəsi təhlükəsizlik məsələsində əl-qolunu aşağı salıb gözləyə bilməz: “Bu səbəbdən biz bu il Hörmüz, Oman və Fars körfəzlərində, habelə havada və quruda keçirilən hərbi təlmlərin proqramında dəyişikliyə getdik. Məcburiyyət halında silahlı qüvvələr dərhal müdafiə mövqeləridən hücuma atılmağa hazırdır”,-deyə Məhəmməd Begeri bildirib.

