İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

İranın İsfahan vilayətində göyərtəsində 60 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.
Minval.İnfo-nun Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Tasnim agentliyi İranın Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına əsasən, təyyarə Tehran-Yasuc reysini yerinə yetirirdi.
“Aseman Airlines” aviaşirkətinin nümayəndəsi bildirib ki, ATR 72-500 təyyarasənin qəzaya uğraması zamanı göyərtədə olanların hamısı ölüb.
“Təəsüflər olsun ki, təyyaradə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb”, – şirkətini nümayəndəsi deyib.
Onun sözlərinə görə, təyyarədə 60 sərnişin, iki stüardessa, iki mühafizəçi, həmçinin pilot və onun köməkçisi olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

