İranda virusdan ölənlərin sayı 115 min nəfəri ötdü

İranda son gündə koronavirusdan 408 xəstə dünyasını dəyişib.
Minval.info ISNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəlikdən ölənlərin ümumi sayı 115.167 nəfərə yüksəlib.
Eyni zamanda, son gündə İslamRespublikasında 22.329 yeni yoluxma müəyən edilib.
Covid-19 xəstələrinin ümumi sayı 5 milyon 340 min 656 nəfərə çatıb.
İndiyədək 4.627.027 xəstə sağalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

