İranda yol polisinə silahlı hücum: ölən və yaralanan var
İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yol-nəqliyyat polisi silahlı şəxslərin hücumuna məruz qalıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, motosiklet sürən naməlum iki silahlı şəxs şəhərdə reyd keçirən polis avtomobilinə yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Atəş nəticəsində Rəzəvi Xorasan əyalətinin Torbəti-cam şəhərinin sakini olduğu bildirilən polis zabiti Qulamhüseyn Candust yerindəcə həlak olub, Hadi Pişəvər adlı bir əsgər isə ağır yaralanıb.
Yaralı əsgər xəstəxanaya yerləşdirilib.
Hücum edənlər hadisə yerindən qaça biliblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

