İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərilib
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid¬məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın¬lı¬ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə¬din¬dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar¬kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və¬tən¬daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl¬ıblar.
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə¬kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıb.

