İranlı qapıçı Ronadonu ələ saldı – Video
İranın Dünya Çempionatındakı qəhrəmanlarından biri olan qolkiper Əlirza Beyrənvənd yenidən gündəmə gəlib.
Sonuncu dəfə Portuqaliyanın hücumçusu Kriştiano Ronaldonun penalti zərbəsini qaytarmaqla diqqətləri özünə çəkən iranlı qapıçı bu dəfə ulduz futbolçuya müraciət edib.
Əlirza Beyrənvənd Twitter vasitəsilə Ronaldoya müraciətində, “Necəsən, Kris?”, – deyə soruşub.
Futbol azarkeşləri iranlı qapıçının bu müraciətini Ronaldonun penalti zərbəsini qaçırmasına acır vermək kimi qymətləndirir.
Qeyd edək ki, Əlirza Beyrənvənd mundialın ən zəhmətkeş futbolçularından biridir. Yerli media yazır ki, 25 yaşlı qapıçı vaxtilə küçələrdə yaşayıb, maşın yuyub, pizza ünvanlara daşımaqla dolanıb. O, böyük futbolu yalnız xəyyalarında arzulaylıb. İranlı qapçının valideynləri hətta ona futbol oynamağı qadağan etdiyi üçün Əlirza uşaqlıq illərində evdən qaçıb.
— ژُوپـــــــین™ (@Mjavad_) June 25, 2018
faktxeber.com


