İraqda nümayişlər – 7 ölü
İraqın cənubunda yerləşən Bəsrə şəhərində baş verən nümayişlərdə polisin insanlara atəş açmasıyla 7 nəfər həyatını itirib. Hadisənin ardından Bəsrədə küçəyə çıxmağa qadağa qoyulub.
İraq neftinin 80%-inin çıxarıldığı Bəsrə şəhərində xalq 2 aydır ki, işsizlik, elektirik verilişində fasilə, vətəndaşlara xidmətdə çatışmazlıqlar əleyhinə nümayişlər edir.
Minval.info “SolHaber”-ə istinadən bildirir ki, narazı vətəndaşlara polis hücum edib. 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Nümayişçilər Bəsrə Bələdiyyəsinə hücum edərək binada yanğın törədib.
İraqın Baş Naziri Heydər əl-İbadi dünən keçirtdiyi mətbuat konfransında ölənlər üçün üzüldüyünü, polis və nümayişçilər arasında “fitnə çıxarılmaq istənildiyini” söyləyib.
Vüqar Mirzəbəy
XƏBƏR LENTİ
2025/11/19 14:22

