İraqda partlayış olub, 7 nəfər ölüb
İraqın cənub-şərqindəki Bəsrə şəhərində partlayış olub.
“Minval.info” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Al-Sumaria” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə xəstəxanaların birinin yaxınlığında olub. Partlayış nəticəsində 7 nəfər ölüb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

