İraqda “səddamlı” etirazların arxasındakı gerçək

Böyük güclərin uğurunda mübarizə apardığı dünyanın ən zəngin ölkələrindən biri hələ də elektrik və içməli su ilə təmin oluna bilmir

İraqın cənubunda Bəsrə şəhərində yenidən etirazlar başlayıb. Ötən il olduğu kimi, bu il də etirazların əsas səbəbi elektrik enerjisi verilişində yaranan fasilələr, sosial xidmətlərin olmaması və işsizlik olub. Oxşar tələblərlə və eləcə də içməli su verilməməsinə etiraz olaraq ötən il də Bəsrədə və İraqın digər iri şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Hətta sentyabrda Bəsrədə sudan zəhərlənməyə etiraz olaraq hökumət binalarına, eləcə də İran konsulluğuna hücum olmuşdu.

Protesters chant slogans in Basra. Photo: EPA

Havaların həddən artıq isti olması səbəbi ilə aksiyalar gecə saatlarında keçirilir. Bəsrənin mərkəzində Cəzair məhəlləsində yolu bağlayan etirazçı gənclər İraqın devrilmiş diktatoru Səddam Hüseyni dəstəkləyən şüarlar səsləndirib. “İndependent” qəzetinin yazdığına görə İraqın Bəsrə şəhərində Səddam barəsində şüar səsləndirilməsi ilk hadisədir. Çünki əsasən şiə əhalinin yaşadığı Bəsərədə Səddam Hüseyn əleyhinə etirazlar olub və bu etirazlar zorakılıqla yatırılıb. Belə anlaşılır ki, etirazçılar məhz hazırkı hakimiyyətin yarıtmaz sosil-iqtisadi siyasəti, korrupsiyaya etiraz olaraq Səddam Hüseyni dəstəkləyən şüarlar səsləndirib.

Iraqi protesters burn tyres during a demonstration in Basra. Photo: AP

Ancaq hazırda narazılıq yalnız isti Bəsrə deyil, bütün İraqa hakimdir. Bu həftənin cümə günü İraqın 14 əyalətində (İraq 17 əyalətdən ibarətdir – K.R.) xidmətlərin yarıtmazlığı, korrupsiya, rüşvətxorluq, işsizlik və sairəyə etiraz olaraq aksiyalar keçiriləcək. Aksiyanın koordinatoru Xəlil ən-Naci etirazların dinc şəkildə baş verəcəyini, əsas məqsədin ölkədəki xalqın hökumətdən işsizlik, koorrupsiya və digər problemlərlə bağlı tələbləri olacağını deyib. Eyni zamanda əlavə edib ki, tələblər qəbul edilmədiyi təqdirdə etiraz aksiyalar davam edəcək.

Artıq neçə ildir ki, İran və ABŞ (eləcə də müttəfiqləri – K.R.) arasında mübarizə meydanına çevrilmiş İraqda vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur. Məsələ ondadır ki, 2003-cü ildə ABŞ ordusu tərəfindən işğal olunan İraqda uzun illərdir Vaşinqton və onun ərəb müttəfqiləri ilə İran arasında rəqabət gedir. İraq 2011-ci ilə qədər rəsmən ABŞ işğalı altında olub. Bütün bu illər ərzində İran tarixi və məzhəbi yaxınlığı, ərəb ölkələri isə etnik və məzhəbi yaxınlıqdan istifadə edərək Yaxın Şərqin bu qədim və zəngin açar ölkəsində təsir gücünü artırmağa çalışıb. Təbii ki, işğal illərində dominant təsir ABŞ-a məxsus olub. Ancaq regionda, xüsusən də iraqlılar arasında antiamerikanizm, həmçinin yerli əhalinin məzhəb yaxınlığı və ən mühümü zəruri tələbat məhsullarını İrandan təmin etdiyi üçün bu ölkədə İran təsiri yüksək olub. 2014-cü ildə İŞİD-in İraqda fəallaşması və bu zaman İranın Bağdad hökumətinə ciddi hərbi dəstəyinin həlledici rol oynaması bu təsiri gücləndirsə də, indi vəziyyət dəyişib. Xüsusən də mövcud şiə hökumətinin yarıtmaz fəaliyyəti, güclü anti-təbliğat İranın mövqelərini zəiflədir. Bilindiyi kimi, 2004-cü il razılaşmasına əsasən İraqda Livan idarəçilik sisteminin bənzəri yaradılıb. Ölkənin prezidenti kürd, baş naziri şiə çoxluğun, parlament sədri isə sünni icmanın təmsilçisi seçilir.

Bu səbəbdən də İranın ənənəvi olaraq şiə hökuməti üzərində təsiri olduğu qəbul edilir və bu səbəbdən də hökumətin yarıtmaz siyasətindən doğan tənqidlərdən İran da pay alır. Hətta o qədər ki, bir zamanlar qatı müxalif şiə lider, İran İslam inqilabının İraqdakı alovlu təbliğatçısı olan Sədr ailəsinin varisi Müqtəda əs-Sədr belə indi ərəb milliyyətçiliyinə vurğu edir, Səudiyyə Ərəbistanına səfər edərək İranın bölgədəki rəqibi ilə danışıqlar aparır.

Və nəhayət, bu aksiyaların həm də obyektiv səbəbləri var. Neft-qaz ehtiyatlarına görə dünyanın ilk 5 ölkəsi sırasına daxil olan, münbit torpaqlara, Yaxın Şərqdə neft qədər bahalı olan zəngin içməli su qaynaqlarına sahib olan İraq özünə gələ bilmir. Bunun da əsas səbəbi korrupsiyadır. Korrupsiya dünyanın ən zəngin ölkəsi ola biləcək İraqı içəridən yeyib dağıdır. Dünyanın potensial olaraq, ən zəngin ölkələrindən biri hələ də vətəndaşlarını elektriklə təmin edə bilmir. Doğrudur, müharibələr, amansız terror ölkəni sözün əsl mənasında xaraba qoyub. Amma gündəlik 4,5 milyon bareldən çox neft satan, 40 milyondan da az əhalisi olan bir ölkədə zəruri olan elektrik enerjisini əldə etmək o qədər də problem olmamalıydı. Amma korrupsiya, dövlət malını mənimsəmə bu elementar işləri görməyə imkan vermir.

Xalq isə narazıdır, həm də yorulub. 40 ildən çoxdur ki, İraq müharibə, işğal və terror həyatı yaşayır. Xalq o qədər qəzəblidir ki, etirazlarında devrilmiş diktatoru yad edib, onun dönməsini arzulayır. Amma təəssüf ki, Yaxın Şərqdəki münasibətlər sistemi və böyük rəqabət İraqda vəziyyətin ən azı yaxın illərdə düzələcəyinə ümid vermir.

Kənan Rövşənoğlu
“Yeni Müsavat”

Dünya

Nəşr edilib: 2019/07/14 16:38

Baxış: 327


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06