İraqın şimalına aviasiya zərbələri endirilib, 5 terrorçu zərərsizləşdirilib
İraqın şimalındakı Hakrur bölgəsinə endirilən aviasiya zərbələri nəticəsində 5 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yanvarın 10-da və 11-də endirilən aviasiya zərbələri nəticəsində terror təşkilatına məxsus sığınacaqlar məhv edilib və terror hazırlığında olan 5 terrorçu zərərsizləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

