İŞİD-in büdcəsi nə qədərdir? – XİN RƏSMİSİ AÇIQLADI
İŞİD döyüşçülərinin əməkhaqları 2014-cü ildən bu yana 90 faiz azalıb.
Bu barədə Rusiya XİN-in departament direktoru Dmitri Feoktisov bildirib. Feoktisovun sözlərinə görə, əvvəllər İŞİD döyüşçüləri 1500 dollaradək “maaş” alırdılarsa, indi bu rəqəm kəskin şəkildə aşağı düşüb.
“İŞİD ən güclü və populyar vaxtlarında büdcəsi 1 milyard 800 milyon dollara yaxın idi. 2017-ci ildə isə büdcənin həcmi heç 400 milyon dollara çatmır”.
Direktor onu da qeyd edib ki, Suriya və İraqda İŞİD-in vurulub çıxarılması onları bir çox sahələrdən gələn gəlirlərdən məhrum edib. Feoktisov bu sırada insan və silah alverini, kütləvi qarəti, narkotik və qaçaq neft satışını misal çəkib.
Departament rəhbəri onu da qeyd edib ki, hələ də İŞİD-ə donorluq edən ölkələr var. Amma o, ad çəkməyib.
Musavat.com

