İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı – Bakıda dəhşətli hadisə
Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun “Ölkə.Az”a verdiyi açıqlamayada deylir:
“Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


