Azərbaycanda qadınlara qənim kəsilən manyak peyda olub – Alt paltarlarını…
Uzun müddətdir İsmayıllıda bir manyak rayon sakinlərini həyəcandan saxlayır.
Minval.info rayon sakinlərindən aldığı məlumata görə artıq 1 ildir ki, gecələr onların həyətlərinə kimsə girir.
Maraqlı məqam ordadır ki, həyətlərə girən şəxs evlərdən heç nə oğurlamır. Paltar ipindən asılan qadın alt paltarları istisna olmaqla…
Sakinlərin bildirdiyinə görə, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini 2 metrə yaxındır və üzərində deşici alət daşıyır. Əvvəllər rayon sakinləri bu məsələyə əhəmiyyət verməsələr də son zamanlar bu hadisənin intensivi artdığından polisə müraciət olunub.
Məsələ ilə bağlı minval.info saytına açıqlama verən DİN-nin mətbuat xidmətinin Şəki Regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, hazırda həmin manyakın axtarışı gedir: “Hadisə ilə bağlı bizə bu yaxınlarda müraciət edilib. Müraciətdə hadisənin İsmayıllı rayonunun İsmayıllı kəndində baş verdiyi qeyd edilib. Amma məsələnin dəqiq olaraq necə baş verdiyi bəlli deyil. Hadisə bizim nəzarətimizdədir, araşdırma gedir. Ən yaxın zamanda məsələ öz həllini tapacaq”.
Minval.info

