İspan hücumçudan Ronaldo etirafı: “Onu rahat buraxın”
İspaniya yığmasının hücumçusu Dieqo Kosta futbol üzrə dünya çempionatı – 2018 zamanı het-trik edən Kriştianu Ronalduya heyranlığını bildirib.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, Kosta bildirib:
“Ronaldunu yalnız təbrik etmək olar. Onu tənqid edən kimi – gördünüz nə alındı. Onu rahat buraxın. Onun kimi olmaq istərdim”.
Dieqo sözlərinə əlavə edib ki, ciddi səylə çalışır:
“Qollar çox vacibdir. Bütün oyunu xoş əhval-ruhiyyədə keçirmişəm”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

