İspaniya Kataloniya separatizminə demokratik seçkilərlə son vermək istəyir

Madrid ölkənin ərazi bütövlüyünün demokratik metodlarla qorunmasının əsl nümunəsini göstərir
İspaniyanın Kataloniya əyalətində seçkiqabağı kampaniya start götürüb.
Xatırladaq ki, İspaniyanın bu varlı əyalətinin əvvəlki qiyamçı hökuməti bu ilin oktyabrın 1-də qeyri-qanuni referendum keçirərək “müstəqillik” elan etmiş, lakin qiyam tez bir zamanda qan tökülmədən mərkəzi hökumətin səyləri ilə yatırılmışdı.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İspaniyada bu səsvermə Kataloniya məsələsində son nöqtənin qoyulması kimi gözdən keçirilir.
Vəziyyət hələ ki mərkəzi hakimiyyətin ürəyincə cərəyan edir. Son sorğular İspaniya ilə birlik tərəfdarı olan partiyaların üstün olduğunu göstərir.
“Təcili surətdə demokratik şərtlər daxilində kataloniyalı vətəndaşlarımıza səsvermə hüququnu geri qaytarmalıyıq. Bununla biz onların adından qeyri-qanuni hərəkətlər edilməsinin qarşısını ala və kataloniyalılara gələcəklərinin öz əllərində olduğunu göstərmək istəyirik”,-İspaniyanın baş naziri Mariano Raxoy deyib.
Seçkidəki əsas intriqa separatçı qüvvələrin müstəqillik uğrunda mübarizələrini davam etdirmək üçün parlamentdə mütləq səs çoxluğunu yenidən ələ keçirib-keçirməyəcəkləri ilə bağldır. Bunun üçün əyalət parlamentində 68 mandata malik olmaq lazımdır. Bu say Kataloniyada regional hökumət və qanunverici aktlar qəbul etməyə imkan verir.
Son sorğularda hələki yunionist, yəni birlik partiyalarının öndə olduğu ortaya çıxıb.
Burada qələbəyə əsas namizəd “Ciudadanos” sol mərkəz partiyası hesab olunur. Sonuncu seçkidə bu partiya 17,9% səs toplamışdı.
İspaniya sosioloji araşdırmalar mərkəzinin son göstəricilərinə əsasən indi katalonların 22,5% bu partiyaya səs verməyə hazırlaşır.
Partiya Kataloniya böhranının ən qızğın çağında parlamentdə əsas müxalifətçi qüvvə kimi çıxış edib, onun lideri İnes Arrimadas isə separatçıları “antikatalon” və “faşist” adlandırmışdı.
Dekabrın 21-də baş tutacaq seçkilərdən sonra xanım Arrimadas jeneralitat (əyalət) hökumətinə başçılıq etmək niyyətindədir. “Mən bütün kataloniyalıların prezidenti olmaq və əyalətdə dinc yaşayışı təmin etmək istəyirəm”, – İnes Arrimadas bəyan edib.
Madridin əsas gücü isə hakim Xalq partiyasının Kataloniya təşkilatıdır. Onun lideri Ksavyer Albiol “İspaniyayönümlü”, “Konstitusiyayönümlü” hökumət qurmağa çağırır.
Vahid İspaniya uğrunda çıxış edən qüvvələrdən biri də Kataloniya sosialst partiyasıdır. Lakin partiya İspaniyanın unitar dövlətdən federal quruluşa keçməyin tərəfdarı olduğu üçün rəqibləri tərəfindən separatçılıq meylləri daşımaqda ittiham olunur.
Separatçıların düşərgəsində isə parçalanma hökm sürür. Əvvəlki seçkilərdə bölücü partiyalar “Hamımız “hə” uğrunda” adlı koalisiyada birləşmiş və Kataloniyada məlum referendumun keçrilməsinə nail olmuşdular. Lakin indi həmin birlikdən danışmaq mümkün deyil.
Kataloniyanın Belçikada sığınacaq almış keçmiş lideri Karles Puçdemon yeni “Hamımız Kataloniya uğrunda “adlı koalisiya yaradıb. Onun proqramı əvvəlkilərdən fərqlənmir. Burada Avropa Birliyinə üzv olan müstəqil “Kataloniya respublikası”ndan bəhs edilir.
Separatçıların ən öndə gedən qüvvəsi isə “Kataloniyanın sol respublikaçıları” partiyasıdır. Bu partiyanın nüfuzu separatçı elektorat içində Karles Puçdemonun da koalisiasını geridə qoyub və hazırkı ana qədər 20,8% səsə malikdir. Əvvəlki mövqelərindən fərqli olaraq paritya Madirdlə daha yumşaq münasibətlərin tərəfdarıdır və əyalətin muxtariyyatının dayandırılması barədə İspaniya parlamentinin qəbul etdiyi qərarı tanıyır. Lakin onun lideri Oriol Junkeros dekabrın 19-na qədər həbsdə qalacaq.
Hər kəsi maraqlaındıran suallardan biri də seçkilərdən sonra əyalətin öz əvvəlki muxtar statusuna qovuşub qovuşmayacağı ilə bağlıdır.
Ekspertlərin rəyinə görə, dekabrın 21-də İspaniya ilə birlik tərəfdarları zəfər qazansa Madrid konstitusiyanın 155-ci maddəsini (muxtariyyatı durduran-red.) geri çağıra biləcək. Lakin bunun üçün İspaniya Senatının razılığı tələb olunur. Əks təqdirdə, yəni bölücü qüvvələr yenidən mütləq səs çoxluğunu əldə etsə Madrid Kataloniyanı birbaşa mərkəzdən idarə etməyi sürdürəcək.
Musavat.com

