İspaniya və Polşadan böyük hesablı qələbə, Ermənistan darmadağın olub

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura yekun vurulub.
“Minval.info”un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.
B qrupunda İspaniya millisi Gürcüstanı böyük hesabla məğlub edib. Yunanıstan isə səfərdə Kosovo ilə heç-heçə edib.
Avropa çempionu İtaliya millisi səfərdə İsveçrə ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
I qrupunda mübarizə aparan İngiltərə Andorraya 4 cavabsız qolla qalib gəlib. Bu qrupun digər oyununda Polşa səfərdə San Marinonun qapısından 7 top keçirib.
J qrupunda isə Almaniya Ermənistanı darmadağın edib – 6:0.
DÇ-2022, seçmə mərhələ
V tur
B qrupu
22:45. İspaniya – Gürcüstan – 4:0
Qollar: Xose Luis Qaya, 14, Karlos Soler, 25, Ferran Torres, 41, Pablo Sarabiya, 63
22:45. Kosovo – Yunanıstan – 1:1
Qollar: Vedat Muriki, 90+2 – Anastasios Duvikas, 45+2
Xal durumu: İsveç – 9 (3 oyuna) İspaniya – 7 (4), Kosovo – 3 (3) Yunanıstan – 2 (2), Gürcüstan – 1, (4)
C qrupu
20:00. Bolqarıstan – Litva – 1:0
Qol: İvaylo Çoçev, 82
Qırmızı vərəqə: Nikolay Mixaylov, 83 (Bolqarıstan)
22:45. İsveçrə – İtaliya – 0:0
Xal durumu: İtaliya – 10 (4 oyuna), İsveçrə – 6 (2), Şimali İrlandiya – 4 (3), Bolqarıstan – 2 (4 oyuna), Litva – 0 (3)
E qrupu
17:00. Belarus – Uels – 2:3
Qollar: Vitali Lisakoviç, 29 (pen.). Pavel Sedko, 30 – Qaret Beyl, 5; 69 (hər ikisi pen.). 90+3
22:45. Belçika – Çexiya – 3:0
Qollar: Romelu Lukaku, 8, Eden Azar, 41, Aleksis Salemakers, 65
Xal durumu: Belçika – 10 (4 oyuna), Çexiya – 7 (4), Uels – 3 (2), Belarus – 3 (3), Estoniya – 0 (3)
I qrupu
20:00. Albaniya – Macarıstan – 1:0
Qol: Armando Broya, 87
20:00. İngiltərə – Andorra – 4:0
Qollar: Cessi Linqard, 18; 78, Harri Keyn, 72 (penalti), Bukayo Saka, 84
22:45. San Marino – Polşa – 1:7
Qollar: Nikola Nanni, 48 – Robert Levandovski, 5; 21, Karol Sviderski, 16, Karol Linetti, 44, Adam Buksa, 67; 90+2; 90+4
Xal durumu: İngiltərə – 12, Polşa – 7, Macarıstan – 7, Albaniya – 6, Andorra – 3, San Marino – 0
J qrupu
20:00. İslandiya – Şimali Makedoniya – 2:2
Qollar: Brinyar İngi Byarnason, 78, Andri Qudyonsen, 84 – Darkon Velkovski, 12, Ezcan Alioski, 54
22:45. Rumıniya – Lixtenşteyn – 2:0
Qollar: Alin Toşka, 11, Kristian Manya, 18
22:45. Almaniya – Ermənistan – 6:0
Qollar: Serj Qnabri, 6; 15, Marko Roys, 35, Timo Verner, 45, Yonas Hofmann, 52, Kərim Adeymi, 90+1
Xal durumu: Ermənistan – 10, Almaniya – 9, Şimali Makedoniya – 7, Rumıniya – 6, İslandiya – 3, Lixtenşteyn – 0

