İspaniyada atışma zamanı iki polis əməkdaşı öldürülüb

İspaniyanın Teruel əyalətində atışma baş verib.
“Report” xəbər verir ki, bu barədə region hökumətinin məlumatında bildirilir. Silahlı insident nəticəsində 3 nəfər, o cümlədən iki hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib. “Üç nəfər ölüb, onlardan ikisi Mülki Qvardiyanın əməkdaşıdır”, — deyə RİA “Novosti” məlumatı sitat gətirib.
Hadisənin təfərrüatları araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

