İspaniyada etiraz dalğası yenidən alovlanıb
Kataloniya bölgəsində müstəqillik tələb edən nümayişlər başlayıb.
Minval.info xəbər verir ki, nümayişçilər yolları bağlayaraq əsas yollarda hərəkəti məhdudlaşdırıb. Yerli hüquq mühafizə orqanları nümayişlərin qarşısın almağa çalışsa da uğursuz alınıb.
Qeyd edək ki, Katalan Muxtar Respublikası müstəqillik məsələlərini uzun müddətdir irəli sürür. Keçirilən referendumlar zamanı nəticə etibarilə qazansalarda İspaniya höküməti tərəfindən qeyri-qanuni referendum elan olunub.
27 oktyabr 2017-ci ildə keçirilən referendum nəticəsində Kataloniya müstəqilliyini elan edib. Referendum zamanı aksiyalarda polis qüvvələrinin əhaliyə qarşı aqresiv davranışı bir sıra dövlətlər tərəfindən xoş qarşılanmayıb və İspan hökümətini münaqişəni sülh yolu ilə həll etməyə çağırıb.
Emil Nəcəfli


