İspaniyada koronavirusdan ölənlərin sayı 20 000-i ötdü
İspaniyada ötən sutkada 565 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 043-ə çatıb.
Bundan başqa, ölkədə daha 4 449 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 191 726-ya yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 263 000-i ötüb. Bunların 581 161 nəfəri sağalıb, 154 827 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

