İspaniyada qadın feministlər 8 mart günü ölkə nəqliyyatını iflic etdilər

İspaniyada 8 Mart Beynəlxalq Qadınlar günü feminist tətil ölkənin iqtisadi həyatını iflic edib. Minlərlə qadın bərabər hüquqlar və gender zorakılığının dayandırlması tələbi ilə küçələrə çıxıblar.

Tətil əsasən ictimai nəqliyyat, təhsil müəssisələrində və tibb sahəsində daha kütləvi xarakter alıb. Maraqlıdır ki, qadınların aksiyasına bir çox siyasi partiya, hətta hökumətin 11 qadın naziri dəstək verib.

İspaniyanın Renfe dəmiryol operatoru 300 qatarın hərəkətini dayandırdığını açıqlayıb.

Aksiyaların çərçivəsində feministlər paytaxtın Puerta-del Sol meydanını tutublar.

Mitinq qadınların dəmir qazanlara çömçə vurması ilə müşahidə olunub.

Axşam saatlarında isə Madriddə beynəlxalq qadınlar günü müasibətilə yürüş keçiriləcək. Aksiyanın əsas şüarı “Biz dayansaq, dünya da duracaq” olacaq.

Bu cür tətil İspaniyada ikinci dəfə keçirilir. Keçən ilki aksiyada 5,3 milyon qadın iştirak edib. Əsas tələblər isə qadınlar və kişilər üçün bərabər peşəkar imkanların yaradılmasıdır.

İspaniyada müvəqqəti əmək müqavilələrin 75%-i qaıdnlarla bağlanıb. Üsətlik, zərif cinsin nümayəndələri kişilərdən 23% az maaş alır.

İspaniya mediasının da mitinq iştirakıçılarına dəstəyi xüsusi diqqət cəlb edir.

Mətbuatda çalışan 7,7 min qadın iş yerlərində ayrı-seçkiliyin, onlara qarşı seksual təcavüzkar hərəkətlərin dayandırılmasını tələb ediblər. Bir çox qadın jurnalist iş yerlərinə çıxmayıb, televiziya proqramları isə nüşayiş olunmayıb.

Gündəm

Nəşr edilib: 2019/03/08 18:55

Baxış: 139


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06