İspaniyada vulkan püskürdü, 150-dən çox ev yandı
Bir neç
ə gün əvvəl İspaniyanın Palma adasında vulkan püskürməsi nəticəsində əmələ gələn lavalar 150-dən çox evin yanmasına səbəb olub.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı Palma adasının Şurasının sədri Mariano Sapata açıqlayıb.
Onun sözlərinə görə, hələ sakinlərin yeni qrupunun təxliyyəsi nəzərdə tutulmayıb
Adada vulkan püskürməsi nəticəsində sentyabrın 19-dan bu günə qədər təqribən 6 min sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. “EFE” agentliyinin məlumatına görə, lava 100 hektardan çox ərazini örtüb. Təbii fəlakət nəticəsində yaralıların olması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, Palma adasında sonuncu dəfə 1971-ci ildə vulkan püskürməsi qeydə alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

