İsrail İrana görə donanmasını artırır

İsrail hərbi dəniz donanması özünün Qırmızı dənizdəki mövcudluğunu əhəmiyyətli miqdarda gücləndirib.
Minval.info xəbər verir ki, bunu İsrailin donanmasının ehtiyatdakı vitse-admiralı Eli Şarvit deyib.
O, bu addımın İsrail gəmilərinə İran tərəfindən artan təhdidlə əlaqədar atıldığını bildirib:
“İranın dənizdəki fəaliyyəti gəmiçilik üçün əsas təhdiddir. İsrail dövləti öz gəmilərinin bütün dünyada azad hərəkətini müdafiə edəcək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

